NAXÇIVAN :

29 May 2025, Cümə axşamı

Naxçıvanda "Bazar gölü"nə düşən qadın xilas olunub

...

"Şərq qapısı" xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin "Bazar gölü" adlanan ərazisində baş verib. Şahbuz rayonu, Külüs kənd sakini (Tumbul kəndində yaşayır) 1971-ci il təvəllüdlü Quliyeva Məhəbbət Mahmud qızı gölə düşüb. Polis əməkdaşlarının səyləri nəticəsində o göldən çıxarılıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən 54 yaşlı qadının vəziyyəti orta-ağırdır.
Hadisənin hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Nəşr edilib : 27.05.2025 22:23