NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsinə start verilib

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 10-17 noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə bağlı hazırladığı Tədbirlər Planının icrasına başlayıb. Həftə çərçivəsində gənclərin iştirakı ilə bir sıra idman, yaradıcı, intellektual və vətənpərvərlik konseptində tədbirlərin təşkili nəzərdə tutulur.
Həftə çərçivəsində ilk tədbir tələbələr arasında keçirilən badminton birinciliyi olub. Yarış noyabrın 12-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutub.
Nəticələrə əsasən Naxçıvan Dövlət Universitetinin tələbələri Ferişdeh Abdulrezazadeh birinci, Sədaqət Rəhimova ikinci, Elvira Ovçuyeva isə üçüncü yerə sahib çıxıblar.
Qaliblərin mükafatlandırılması Beynəlxalq Tələbə-Gənclər Həftəsinin noyabrın 17-də keçiriləcək yekun tədbirində həyata keçiriləcək.

Nəşr edilib : 12.11.2025 17:08