NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Naxçıvanda bir sıra ticarət obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində yerləşən “Cahan” Ticarət Mərkəzində fəaliyyət göstərən qutab, peraşki və digər fast food qida satışı xidməti göstərən bir sıra obyektlərdə, “Bazar gölü” ərazisində yerləşən dönərxana və kabab xidməti göstərən ictimai iaşə xidmət sahələrində, meyvə-tərəvəz və qarışıq çərəzlərin satışını həyata keçirən ticarət obyektlərində və Atabəylər məhəlləsində fəaliyyət göstərən “Real dönər” dönərxanasında qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə və sanitar gigiyenik qaydalara əməl olunmadığı aşkarlanıb.

Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək sözügedən obyektlərin fəaliyyəti məhdudlaşdırılıb.

Nəşr edilib : 15.06.2025 11:44