NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Naxçıvanda daha bir kafedə nöqsanlar aşkarlanıb

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Babək rayon Şıxmahmud kəndində yerləşən Əhmədov Eldəniz Musa oğluna məxsus kafedə bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, kafenin qeydiyyatının olmadığı, bir işçinin dövri tibbi müayinələrə cəlb olunmadığı, gigiyenik qaydalara, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı müəyyən edilib. Faktlarla bağlı müvafiq tədbirlər görülüb, kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək dayandırılıb.

Nəşr edilib : 13.06.2025 19:02