Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri b...
19:17 22.07.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən elektron xidmətlərin vahid platforma üzərindən təqdim edilməsi vətəndaşların və hüquqi şəxslərin xidmətlərə çıxış imkanlarını asanlaşdırır, vaxt və resurslara qənaəti, həmçinin idarəetmədə şəffaflığı artırır.
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, cari ilin yanvar-iyun ayları ərzində xidmətə hüquqi və fiziki şəxslər, o cümlədən notariat ofisləri tərəfindən 6522 elektron müraciət daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron müraciətlərin sayında 2,1 dəfə artım qeydə alınıb.
Digər xəbərlər