NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Naxçıvanda dövlət dəstəyi və özəl investisiyalar hesabına 113 layihə başa çatdırılıb

...

2026-cı ilin yanvar-may ayları ərzində Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 113 layihə icra olunub. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə, bu layihələrdən 24-ü yeni yaradılma, 89-u isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda 34-ü yaradılma və 59-u genişləndirmə olmaqla, ümumilikdə, 93 layihənin icrası davam etdirilib.
Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına təmin edilib. Bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 100 layihənin maliyyələşdirilməsinə 2,8 milyon manat güzəştli dövlət maliyyə dəstəyi göstərilib.

Nəşr edilib : 19.06.2026 15:00