NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

Naxçıvanda dövlət dəstəyi və özəl investisiyalar hesabına 141 layihə başa çatdırılıb

...

2026-cı ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 141 layihə icra olunub.
 
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə, bu layihələrdən 30-u yeni yaradılma, 111-i isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda 36-sı yaradılma və 52-si genişləndirmə olmaqla, ümumilikdə, 88 layihənin icrası davam etdirilib.
Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına təmin edilib. İcra olunmuş 141 layihədən 122-si Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.

Nəşr edilib : 21.07.2026 09:55