NAXÇIVAN :

24 Oktyabr 2026, Şənbə

Naxçıvanda dövlət dəstəyi və özəl investisiyalar hesabına 212 layihə başa çatdırılıb

...

Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 212 layihə icra olunub. 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bunun 40-ı yeni yaradılan, 172-si isə fəaliyyətin genişləndirilməsi üzrə layihələrdir. Eyni zamanda 39-u yeni yaradılan və 49-u fəaliyyətin genişləndirilməsi olmaqla, ümumilikdə, 88 layihənin icrası davam etdirilib.

Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına təmin edilib. İcra olunmuş 212 layihədən 191-i Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.

Nəşr edilib : 23.10.2026 10:07