İkinci Dünya müharibəsi: xalqımızın milli ruhunun ...
01:00 09.05.2025
0
0
0
Mayın 8-də Naxçıvan şəhərində ədliyyə işçilərinin iştirakı ilə veloyürüş təşkil olunub.
"Şərq qapısı" xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və “Konstitusiya və Suverenlik İli”nə həsr edilməklə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Gənclər Fondunun və Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Veloyürüşün keçirilməsində məqsəd ədliyyə sahəsində ictimai iştirakçılığın artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği və hüquqi maarifləndirmənin təşviqidir. Eyni zamanda yaşıl dünya naminə ətraf mühitin qorunması, gənclərdə idmana həvəsin artırılması, zərərli vərdişlərdən uzaq olması və cəmiyyətin sağlam inkişafına töhfə verməkdir.
Digər xəbərlər