Vüqar Rəhimzadə: 20 Yanvar faciəsi xalqa qarşı tör...
15:56 19.01.2026
0
0
1
Naxçıvan Muxtar Respublikasında əmək təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri yeni mərhələyə qədəm qoyub. Dekabrın 9-da “Naxçıvan Təlim Mərkəzi” PHŞ və “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ-nin Naxçıvan filialının birgə təşəbbüsü ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti aparatının və ona tabeli təşkilatların əməkdaşları üçün növbəti praktiki təlim sessiyası keçirilib.
Təlim çərçivəsində iştirakçılar əməyin mühafizəsi üzrə aparılan islahatların mahiyyəti, iş mühitində risklərin idarə olunması, təhlükəsizlik qaydalarının tətbiqi və bədbəxt hadisələrin qarşısının alınması metodları barədə geniş məlumatlandırılıb. Tədbir “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ-nin Naxçıvan filialının rəhbəri Ruslan Ələkbərovun təqdimatı ilə açılıb. O, əmək təhlükəsizliyinin müasir standartları və sahədə tətbiq olunan yeni yanaşmalar barədə danışaraq dövlət qurumlarında bu mədəniyyətin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Filialın əməkdaşı Mahmud Rzalı isə təşkilati təhlükəsizlik prosedurları, texniki normalar, iş yerlərində baş verə biləcək risklərin erkən qiymətləndirilməsi və idarə edilməsi ilə bağlı real nümunələr əsasında çıxış edib.
Təlim interaktiv şəkildə davam edib, iştirakçılar müzakirələrə qoşularaq öz sahələrindən irəli gələn suallar və praktiki situasiyalar üzərində fikir mübadiləsi aparıblar.
Digər xəbərlər