NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

Naxçıvanda əsas kapitala 130 milyon manatdan çox investisiya yönəldilib

...

2026-cı ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 131 milyon 696 min 500 manat investisiya yönəldilib ki, bu da bir il öncəki göstəricidən 23,1 faiz çoxdur. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən “Şərq qapısı”na verilən məlumata görə, istifadə olunan investisiyanın 54 milyon 498 min 400 manatı və ya 41,4 faizi məhsul istehsalı sahələrinə, 17 milyon 293 min 800 manatı və ya 13,1 faizi xidmət sahələrinə, 59 milyon 904 min 300 manatı və ya 45,5 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Nəşr edilib : 16.07.2026 14:27