NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanda güclü yanğın başlayıb

...

Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən və Əlahiddə Ümumqoşun Orduya məxsus hərbi təsərrüfat obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri ilə qarşılıqlı əlaqə şəraitində dərhal lokallaşdırılıb, söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

"Şərq qapısı" APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 01.03.2026 15:30