NAXÇIVAN :

24 Oktyabr 2026, Şənbə

Naxçıvanda hava nəqliyyatı ilə sərnişin və yük daşımaları artıb

...

2026-cı ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatı ilə 667,1 min sərnişin və 10,9 min ton yük daşınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən “Şərq qapısı”na bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşımalarının həcmi 13,1 faiz, yük daşımalarının həcmi isə 5,8 faiz artıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən, ümumilikdə, 5 464,7 min ton yük və 36 128,7 min sərnişin daşınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,0 faiz, sərnişin daşımaları isə 0,8 faiz artıb.
Daşınan yüklərin 99,8 faizi avtomobil, 0,2 faizi hava nəqliyyatının payına düşüb. Sərnişin daşımalarında isə avtomobil nəqliyyatının payı 98,2 faiz, hava nəqliyyatının payı isə 1,8 faiz təşkil edib.

Nəşr edilib : 23.10.2026 15:09