Ramiz Ələkbərov: Humanitar yardım məsələlərinə mün...
16:12 18.04.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası ərazisində martın 3-də hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Lakin martın 4-ü gündüz saatlarından başlayaraq hava şəraitinin yenidən dəyişəcəyi, yağıntılı olacağı gözlənilir. Bəzi ərazilərdə qar yağacağı, arabir duman müşahidə olunacağı ehtimal edilir. Qeyri-sabit hava şəraitinin martın 5-i də daxil olmaqla davam edəcəyi proqnozlaşdırılır.
Qərb küləyi əsəcək, sürəti 5-10 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir 15 m/s-dək güclənəcək.
Havanın temperaturu axşam saatlarında 0-5 dərəcə şaxta, gündüz isə 4-9 dərəcə isti olacaq.
Qeyd olunan hava şəraiti ilə bağlı proqnozun özünü doğrultma ehtimalı, təxminən, 58 faiz təşkil edir.
Digər xəbərlər