“Əməyin mühafizəsi və texniki təhlükəsizlik normal...
18:56 21.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Babək rayonu, Cəhri qəsəbəsində fəaliyyət göstərən İsmayılov Zahid Kamil oğluna məxsus ictimai iaşə müəssisəsində aparılan planlı yoxlama zamanı nöqsanlar aşkar edilib.
"Şərq qapısı" xəbər verir ki, sanitar-gigiyenik normalara riayət edilmədiyi, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, mal qonşuluğu prinsipinə əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, kustar üsulla hazırlanmış, üzərində heç bir etiket məlumatı olmayan kompot və turşulardan istifadə olunduğu, temperatur rejiminə əməl olunmadığı, kanalizasiya qurğularının çirklənmə riskinin yaranmasını istisna edəcək vəziyyətdə qurulmadığı aşkarlanıb.
Aşkar olunan nöqsanlarla əlaqədar müvafiq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.
Nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib olunub. Bu kimi halların baş verməməsi məqsədilə agentlik tərəfindən mütəmadi olaraq bütün qida obyektləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.
Digər xəbərlər