NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Naxçıvanda iki yük avtomobili toqquşub

...

"Şərq qapısı" xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistral yolunda baş verib. Belə ki, 67-CA-327 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 10-FZ-653 dövlət nömrə nişanlı "Qazel" markalı avtomobilin toqquşması nəticəsində avtomobillərdən biri yoldan çıxıb. Digər avtomobildə olan yüklər isə yola dağılıb.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 20.04.2026 17:57