NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvanda insanları işə düzəltmək adı ilə aldadaraq onların pulunu ələ keçirən şəxs saxlanılıb

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları insanları işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 53 yaşlı İlqar Əliyevi saxlayıblar.
Aparılan araşdırmalarla İ.Əliyevin müxtəlif şəxslərə dövlət qurumlarına və özəl sektora “işə düzəltmə” vədi verərək, ümumilikdə, 29 min manat pul vəsaitini ələ keçirdiyi, lakin vədlərinə əməl etmədiyi və əldə etdiyi vəsaiti mənimsədiyi müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 
İ.Əliyevin analoji əməllərindən zərərçəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Nəşr edilib : 03.12.2025 08:55