NAXÇIVAN :

19 May 2025, Bazar ertəsi

Naxçıvanda intihara cəhdin qarşısı alınıb

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə, nazirliyin  “112” qaynar telefon xəttinə gecə saatlarında 1 nəfərin yüksəkliyə çıxaraq intihar etmək istəməsi barədə məlumat daxil olub. 
Məlumatla əlaqədar dərhal əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparılıb. 
Xilasedicilər tərəfindən aparılan psixoloji söhbətlər nəticəsində intihara cəhd edən vətəndaş xilas edilib və yüksəklikdən endirilərək aidiyyəti üzrə təhvil verilib.

Nəşr edilib : 19.05.2025 10:48