NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanda keçirilən "Zəfər kuboku" uğrunda voleybol turnirinin qalibi bəlli olub

...

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin 5-ci ildönümünə həsr olunmuş “Zəfər kuboku” uğrunda voleybol turniri başa çatıb. 
"Şərq qapısı" xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən həlledici qarşılaşmada Fövqəladə Hallar və Mədəniyyət nazirliklərinin komandaları üz-üzə gəlib. 
Tərəflərin maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən final görüşünün tay-breykində 15:9 hesabı ilə qələbə qazanan (3:2) FHN-nin komandası turnirin qalibi olub.
Mükafatlandırma mərasimində öncə turnirin hakimləri təşəkkürnamə ilə təltif olunub. İlk üç yerin sahibi olan komandaların üzvlərinə diplom, medal, qalib komandalara isə kubok təqdim edilib.  
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialı tərəfindən birgə təşkil olunan turnir noyabr ayından start götürüb və yarışda, ümumilikdə, 10 komanda iştirak edib. Turnirin keçirilməsində məqsəd dövlət qurumlarında çalışan əməkdaşlar arasında sağlam həyat tərzinin təşviqi, voleybol idman növünə marağın artırılması, həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış şanlı zəfərin 5-ci ildönümünün birgə qeyd olunması olub.

Nəşr edilib : 29.12.2025 17:55