NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalında artım müşahidə olunur

...

Cari ilin yanvar-fevral aylarında muxtar respublikada 17 milyon 710 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bunun da 54 min 800 manatı bitkiçilik, 17 milyon 656 min manatı isə heyvandarlıq sahəsi üzrədir. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,5 faiz artıb.

Nəşr edilib : 13.03.2026 14:50