NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvanda kişi yanan ocağın üzərinə yıxılaraq ölüb

...

Hadisə Naxçıvan şəhərində baş verib və qeydə alınan hadisənin təfərrüatları məlum olub. Belə ki, Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü İsayev Arif Əli oğlu səhər saatlarında yaşadığı A.Zamanov küçəsi, ev 48 ünvanında yerləşən evin həyətində ağac parçalarını yandırmaq üçün həmin ağac parçaları üzərinə benzin tökməklə yandırıb. 1 ay əvvəl ürək əməliyyatı keçirmiş A.İsayev yanmaqda olan ağac parçalarının üzərinə alışması üçün benzin tökmək istəyərkən həmin vaxt ürəktutması keçirərək yanan ocağın üzərinə yıxılıb. Hadisədən bir qədər sonra qonşuluqda yaşayan bacısı L.İsayeva həyətə gəlib və onun yanmış vəziyyətdə meyitini aşkar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib. Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Nəşr edilib : 18.12.2025 10:35