Qədim Ordubad İCESCO-nun İslam Dünyası İrsinin İlk...
22:07 12.02.2026
0
0
1
Dekabrın 18-də Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Kosmosun səsi” adlı simfonik konsert proqramı təqdim olunacaq. Saat 19:00-da başlayacaq tədbir elm və incəsənətin vəhdətini əks etdirən maraqlı layihə kimi diqqət çəkir.
Konsert proqramı astrofizik alim Umut Yıldızın təqdimatı ilə baş tutacaq. Musiqi və kosmik mövzuların sintez olunduğu gecədə dinləyicilər kainatın sirli aləminə simfonik musiqinin müşayiəti ilə səyahət edəcəklər.
Naxçıvan Dövlət Universitetinin simfonik orkestrinin ifasında səslənəcək əsərlərin bədii rəhbəri və dirijoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, universitetin müəllimi Səməd Əsgərovdur.
“Kosmosun səsi” layihəsi elmi biliklərin musiqi dili ilə çatdırılmasını, gənclərdə elmə və klassik musiqiyə marağın artırılmasını hədəfləyir. Tədbirin geniş tamaşaçı auditoriyası üçün yaddaqalan mədəni hadisə olacağı gözlənilir.
Digər xəbərlər