NAXÇIVAN :

22 May 2025, Cümə axşamı

Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində namizədlərə kömək məqsədilə Dəstək mərkəzləri yaradıldı

...

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb. 

Bu prosesdə namizədlərə texniki və məsləhətyönümlü dəstəyin göstərilməsi məqsədilə rayon, şəhər Təhsil şöbələrində Dəstək mərkəzləri yaradılıb. 

Həmçinin özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan namizədlər Dəstək mərkəzləri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 146-10 çağrı mərkəzinə və Naxçıvan regional “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, elektron sənəd qəbulu mərhələsi 22-29 may tarixləri əhatə edəcək.

Nəşr edilib : 22.05.2025 14:13