Tümendən Bakıya uçan "UTair" təyyarəsi Ufada məcbu...
22:26 12.08.2026
0
0
0
Naxçıvan şəhərində 2026-cı ilin birinci yarısında ölkə və beynəlxalq yarışlarda uğur qazanan idmançılar və klub nümayəndələri ilə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idman sürətlə inkişaf edir və bu inkişaf Naxçıvanda da öz nəticəsini verir. Qeyd olunub ki, cari ilin ilk yarısında Naxçıvan idmançıları 122 qızıl, 83 gümüş və 73 bürünc olmaqla, ümumilikdə, 278 medal qazanıblar.
Daha sonra ölkə və beynəlxalq arenalarda uğur qazanan idmançılar, eləcə də fərqlənən voleybol, bədii gimnastika, döyüş, kikboksinq və karate klubları, həmçinin Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbi nazirliyin fəxri fərmanı ilə təltif olunublar.
Sonda Məcid Seyidov mükafatlandırılanları təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Digər xəbərlər