Maestro Niyazinin xatirəsi yad edilib
12:51 20.08.2026
0
0
0
Sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qəbul olunmuş qanunvericilik dəyişikliklərinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında vergi, gömrük və sosial sığorta güzəştləri tətbiq olunur. Bu çərçivədə cari ilin yanvar-iyul aylarında 12 sahibkarlıq subyektinə, ümumilikdə, 115 təsdiqedici sənəd təqdim edilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, həmin sənədlərdən 6-sı texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 109-u isə xammal və materialların idxalı üçün verilib. Bu sənədlər əsasında Rusiya, Çin və Türkiyədən ümumi dəyəri 2,2 milyon manat olan texnika, texnoloji avadanlıqlar və qurğular, həmçinin Türkiyə, Rusiya, İran, İraq, Gürcüstan, Avstriya, Almaniya, Cənubi Koreya kimi ölkələrdən ümumi dəyəri 8,4 milyon manat olan xammal və materiallar gömrük rüsumu və əlavə dəyər vergisi ödənilmədən idxal edilib.
Nəticədə, cari ilin ilk 7 ayında idxal olunan xammal, material və texnoloji avadanlıqlara görə sahibkarlar əlavə dəyər vergisi və gömrük rüsumları üzrə, ümumilikdə, 3,2 milyon manat məbləğində güzəşt əldə ediblər.
Digər xəbərlər