NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 8,7 faiz artıb

...

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə, ümumilikdə, 25 lisenziya verilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə, verilmiş lisenziyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artıb.
Cari ilin 6 ayı ərzində Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının verdiyi 3258 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 77,2 min manat vəsait daxil olub.

Nəşr edilib : 21.07.2026 09:52