Muxtar Babayev: Yeni NDC-lər yaşıl investisiyalar ...
21:54 26.06.2025
0
0
0
İyunun 18-də ölkə üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start veriləcək. Bu il sertifikasiya prosesinə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat, coğrafiya, ibtidai sinif, biologiya, kimya, fizika, informatika, ingilis, fransız və alman dilləri üzrə ümumtəhsil müəssisələrində tədris aparan müəllimlər cəlb olunacaq. Proses iyunun 25-nə kimi davam edəcək.
Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin mərkəzləşmiş qaydada sertifikatlaşdırma prosesi Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində təşkil olunacaq.
Sertifikatlaşdırma prosesində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrindən 345 müəllimin iştirakı nəzərdə tutulur.
Sertifikasiya şurasının tədbirlər planına uyğun olaraq dövlət və ictimaiyyət, eyni zamanda mətbuat nümayəndələrinin iyunun 18-i saat 9:00-da Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzinə infoturu təşkil olunacaq.
İnfoturun təşkilində məqsəd prosesdə iştirak edəcək təhsilverənlərə yaradılan şərait və prosesin şəffaf təşkili üçün həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.
Digər xəbərlər