Pakistandan olan bir qrup hüquqşünas Azərbaycan Ko...
15:00 22.07.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 11-də baş verib. "Azərişıq" ASC Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin 1-ci dərəcəli Səyyar Əməliyyat Briqadasının elektriki, 1963-cü il təvəllüdlü Məmmədov Tofiq Namaz oğlu elektrik enerjisində qəza xidməti zamanı xəsarət alıb. Belə ki, transformatorda elektrik naqillərində qısaqapanma baş verib və anidən avtomatda partlama meydana gəlib. Nəticədə, T.Məmmədovun hər iki əli, qarın və üz nahiyəsi yanıb.
Hazırda faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Digər xəbərlər