NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Naxçıvanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirilir

...

Noyabrın 24-də Bakıda Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatları (QHT) ilk dəfə bir platformada toplaşıb.

"Şərq qapısı" xəbər verir ki, noyabrın 25-də isə forum öz işini Naxçıvan şəhərində davam etdirir. Forum iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. 

Forum çərçivəsində rəsmi çıxışlar olacaq, TDT-yə üzv ölkələrin QHT-lərinin Platforması təsis ediləcək, “WUF13-ə doğru – Türk dünyasında ilk” mövzusunda panel müzakirə keçiriləcək.

Qeyd edək ki, TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasına rəhbərliyi Azərbaycan edəcək və 8 ölkənin QHT-lərini birləşdirəcək.

Nəşr edilib : 25.11.2025 13:58