Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
2026-cı ilin yanvar ayında muxtar respublikada ümumi daxili məhsul istehsalı 113 milyon 805 min 100 manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
Bu barədə “Şərq qapısı”na Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 1,3 faiz artaraq 240,9 manat olub.
Bununla yanaşı, cari ilin yanvar ayında muxtar respublikada 38 milyon 392 min 300 manatlıq sənaye məhsulu istehsal edilib, bu da 2025-ci ilin müvafiq dövründəki göstəricidən 19,1 faiz çoxdur. Sənaye məhsulunun 29 milyon 426 min 100 manatı və ya 76,6 faizi malların, 8 milyon 966 min 200 manatı və ya 23,4 faizi isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 71,7 faizi emal, 26,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Digər xəbərlər