NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda ümumi daxili məhsul istehsalı 927 milyon manatı ötüb

...

Cari ilin yanvar-iyul aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 927 milyon 298 min 100 manat olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu da  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz çoxdur.

 Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 4,3 faiz artaraq 1967,1 manat olub.

Nəşr edilib : 13.08.2025 17:28