AMEA prezidenti Özbəkistanın Xarəzm Mamun Akademiy...
15:24 21.05.2025
0
0
0
Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konsert proqramında çıxış edəcək Azərbaycan Respublikasının Xalq artisti öz təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüb: “Bu gün Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konsert proqramında iştirak edirik. Bu tədbir bizim üçün yaddaqalan və dəyərli bir tədbirdir. Bu cür tədbirlər təkcə sənət baxımından deyil, həm də xalqın böyük liderə olan ehtiramını ifadə etmək üçün önəmli vasitədir. Çalışacağam ki, ifa etdiyim musiqilərlə qonaqların zövqünü oxşayım. Bu konsertlə doğma naxçıvanlılarla birgə Ulu Önder Heydər Əliyevin əbədiyaşar xatirəsini ehtiramla yad edirik. Bu gün burada olduğumuz üçün qürur hissi keçiririk”.
Digər xəbərlər