Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq ...
22:41 19.09.2026
0
0
0
Naxçıvan şəhərində 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Velo Fest” velosiped festivalı keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyi ilə birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən festivalın məqsədi sağlam həyat tərzinin və velosiped mədəniyyətinin təbliği, velosipeddən ekoloji nəqliyyat vasitəsi kimi istifadənin təşviqi və gənclərin asudə vaxtının səmərəli təşkilidir.
Festivaldan əvvəl peşəkar velosipedçilər Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq Ordubaddan Naxçıvan şəhərinədək 96 kilometr, daha sonra həvəskarlarla birlikdə şəhər daxilində 7 kilometr məsafə qət ediblər.
Yürüşün ardından “Saat Meydanı” Turistik İstirahət Mərkəzində festivalın açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova və “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin rəhbəri Vüqar Salahov velosiped idmanının inkişafı, sağlam həyat tərzinin təşviqi və şəhər mühitində ekoloji nəqliyyatın əhəmiyyətindən danışıblar.
Sonda festivalın təşkilinə dəstək göstərən qurumlara və veloyürüşdə fəal iştirak edən gənclərə təşəkkürnamələr təqdim olunub. Bədii hissədə konsert proqramı təqdim edilib.
Qeyd edək ki, festival çərçivəsində fotosərgi, rəsm master-klassı, maarifləndirici təlim sessiyası və viktorinalar da keçirilib.
Digər xəbərlər