NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 32 minə yaxın xidmət göstərilib

...

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 22 min 359 şəxs qəbul edilib.

Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 31 min 989 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çoxdur. Ümumi xidmətlərin 82 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

Yanvar-iyun aylarında vergi ödəyicilərinə 577 min 416 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, onlarla 64 görüş keçirilib, 372 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 2338 müraciət üzrə 3986 "Asan İmza" sertifikatı verilib.

Nəşr edilib : 15.07.2026 14:35