NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 41 mindən çox şəxs qəbul edilib

...

Cari ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 41 min 304 şəxs qəbul edilib.

Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 56 min 16 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur.

Ümumi xidmətlərin 85 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
"Asan imza" sertifikatının verilməsi;
Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
Vergiödəyicisinə arayışların verilməsi;
Vergiödəyicisinin fəaliyyətinin bərpası;
Fiziki şəxsin uçotdan çıxarılması;
Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

Yanvar-noyabr aylarında vergi ödəyicilərinə 666 min 980 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 105 görüş keçirilib, 464 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 3396 müraciət üzrə 6011 "Asan imza" sertifikatı verilib.

Nəşr edilib : 08.12.2025 14:14