NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 5 mindən çox şəxs qəbul edilib

...

Cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 5401 şəxs qəbul edilib.

Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 8747 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz çoxdur.

Ümumi xidmətlərin 90 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

Yanvar ayında vergi ödəyicilərinə 423 min 534 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 12 görüş keçirilib, 46 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 438 müraciət üzrə 744 “ASAN İmza” sertifikatı verilib.

Nəşr edilib : 17.02.2026 16:18