NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,3 faiz artıb

...

Cari ilin fevral ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 54 536 vergiödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, 2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,4 faiz, hüquqi şəxslərin sayı isə 5,4 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz artaraq 1791 vahid olub. Cari ildə kommersiya qurumlarının 86,7 faizi elektron, 13,3 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.

Nəşr edilib : 20.02.2026 15:13