NAXÇIVAN :

20 Noyabr 2026, Cümə

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27 faiz artıb

...

Cari il noyabrın 1-nə muxtar respublikada qeydiyyatda olan  yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) sayı 3417 ədəd təşkil edib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, 2026-cı ilin yanvar-oktyabr aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 520,6 milyon manata yaxın olub. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 110,8 milyon manat və ya 27 faiz çoxdur.

Nəşr edilib : 20.11.2026 11:01