Tarixi mirası ucuz təbliğat vasitəsinə çevirməməli...
18:48 04.09.2026
0
0
0
Kadet boksçular (U-15) arasında Azərbaycan Kuboku keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, dörd gün davam edən yarışda 39 komandanın 97 idmançısı 17 çəki dərəcəsində mübarizə aparıb. Gərgin döyüşlərin yekununda müxtəlif çəki dərəcələri üzrə qaliblər müəyyənləşib.
Yarışda Naxçıvan Muxtar Respublikasını təmsil edən Sadiq Xəlilov (məşqçi – Elnur Kərimli) 54 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Azərbaycan Kubokunun qalibi olub. Sadiq yarışın qaliblərindən biri kimi oktyabr ayında Türkiyənin Trabzon şəhərində keçiriləcək U-15 Avropa çempionatında Azərbaycan milli komandasının heyətində təmsil olunmaq hüququ qazanıb.
Xatırladaq ki, Sadiq Xəlilov may ayında keçirilən kadetlər arasında ölkə birinciliyində birinci yerə sahib çıxaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Digər xəbərlər