Azərbaycan-Latviya sənədləri mübadilə edilib - YEN...
13:15 22.04.2026
0
0
0
Naxçıvan şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində yeniyetmə qız və oğlan voleybolçular arasında keçirilən “Suverenlik kuboku” uğrunda birincilik başa çatıb.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Voleybol Federasiyasının (AVF) Naxçıvan filialının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan və Türkiyəni təmsil edən 4 qız və 4 oğlan komandası mübarizə aparıb.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən birincilik 3 gün davam edib.
Bu gün turnirin final görüşləri keçirilib. İlk olaraq meydana “Möminə xatun” və “Gənc Milli Qızlar” komandaları çıxıb. Gərgin mübarizə şəraitində keçən oyunda Naxçıvanın “Möminə xatun” komandası böyük əzmkarlıq nümayiş etdirib və yarışın gümüş medallarını qazanıb.
Oğlanların mübarizəsində isə “Gənc Milli Oğlanlar” komandası finalda “Murov AZ Terminal” üzərində 3:0 hesablı qələbə qazanaraq birinci yerə layiq görülüb.
Oğlanlar arasında “Naxçıvan”, qızlar arasında isə Türkiyəni təmsil edən “Altınordu” komandası birinciliyin bürünc medallarını qazanıblar.
Sonda qaliblər diplom, medal və kubokla təltif ediliblər.
Qeyd edək ki, “Suverenlik kuboku” Naxçıvanda voleybolun inkişafına, yeniyetmələr arasında sağlam rəqabətin formalaşmasına və gənc idmançıların beynəlxalq təcrübə qazanmasına mühüm töhfə verib.
Digər xəbərlər