NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanlı cüdoçu Ləman Bağırova növbəti dəfə ölkə birincisi olub

...

Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə 14 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyi start götürüb. Turnirdə 103 klub və idman cəmiyyətindən, ümumilikdə, 18 çəki dərəcəsində 430 cüdoçu (329 oğlan, 101 qız) iştirak edib. Naxçıvan Muxtar Respublikası yarışda 2 məşqçi və 12 idmançı ilə təmsil olunub. 
Təmsilçilərimizdən Ləman Bağırova (Naxçıvan UGİM) 5 görüş keçirib və hər birini qalibiyyətlə tamamlayaraq qızıl medala sahib çıxıb. 
Qeyd edək ki, Ləman Bağırova ötən il də ölkə birinciliyinin fərdi yarışlarında qızıl medal qazanmağa müvəffəq olmuşdu.

Nəşr edilib : 29.12.2025 18:17