NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanlı idmançı Əmrah Nağıyev Tbilisi Marafonunun ilk onluğunda

...

Sentyabrın 28-i Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Tbilisi Marathon 2025” marafonu keçirilib. Ənənəvi yarışda 55 ölkədən, ümumilikdə, 2710 insan iştirak edib. Kütləvi idman layihəsi çərçivəsində yarımarafon (21 km), 10 km məsafəyə qaçış və uşaq qaçışları (0.5 km; 1.2 km) reallaşıb. 

Azərbaycanı yarışda təmsil edən idmançılardan biri də Ordubad rayonundan olan Əmrah Nağıyev olub. Peşəkar karyerasında 4-cü dəfə Tbilisi marafonuna qatılan atletimizi bundan öncəki nəticələrini geridə qoyaraq şəxsi nəticəsini yaxşılaşdırıb. Belə ki, Əmrah 10 kilometri 35 dəqiqə 5 saniyəyə qət edərək həmin məsafədə 6-cı olub. İdmançıya marafonun medalı və xatirə suveniri təqdim olunub. 

Xatırladaq ki, müxtəlif məsafələrdə Azərbaycan birinciliklərinin, beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan Əmrah Nağıyev Gürcüstanla yanaşı, Azərbaycan, Türkiyə və beynəlxalq marafonların daimi iştirakçısıdır.

Nəşr edilib : 29.09.2025 12:26