Naxçıvanda “Zəkaların mübarizəsi” olimpiadasının b...
12:23 22.04.2026
0
0
0
“2025-ci ildə Naxçıvan idmançıları ölkə, Avropa, dünya və beynəlxalq səviyyəli yarışlarda 197-si qızıl, 129-u gümüş, 117-si bürünc medal olmaqla, ümumilikdə, 443 medal qazanıblar. İdmançılardan 2-si dünya, 87-si beynəlxalq turnir qalibi, 106-sı isə Azərbaycan çempionu olmaqla ilin uğur tablosuna əlavə dəyər qatıblar”.
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikasının idman sahəsində və ictimai həyatında fərqlənən qabaqcıl gənclərin mükafatlandırılması mərasimində gənclər və idman nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Məcid Seyidov deyib.
Vurğulanıb ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası istiqamətində də tərəfimizdən həyata keçirilməsi zəruri olan tədbirlər icra edilməkdədir. Artıq Naxçıvan şəhərində və muxtar respublikanın şəhər və qəsəbələrində 19 yerdə açıq hava idman qurğuları əhalinin istifadəsinə verilib.
Digər xəbərlər