NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanlı qadın güləşçi millinin heyətində yer alıb

...

Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) idmançısı Sevinc Əliyeva güləş üzrə 20 yaşadək qızlardan ibarət milli komandamızın seçim xarakterli məşq toplanışında iştirak edib. 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata əsasən məşqçi heyətinin etimadını qazanan idmançı milli komandanın heyətinə daxil edilib. 
Qeyd edək ki, Sevinc Əliyeva ötən ildən etibarən güləşlə məşğuldur. UGİM-də məşqçi-müəllim Orxan Əsgərovun başçılığı ilə keçirilən məşqlərdə davamlı olaraq iştirak edən idmançı qısa müddətdə fiziki və taktiki inkişafa nail olub. İdmançı əvvəllər atletikanın qaçış növündə muxtar respublika və ölkə birinciliklərində müxtəlif nəticələr əldə edib.

Nəşr edilib : 16.01.2026 17:50