NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanlı şahmatçılar Türkiyə liqalarında!

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı"na verilən məlumata görə, paytaxt Ankarada 2025 Türkiyə Şahmat Birinci Liqası keçirilir. Liqada 24 klub heyətində 20 ölkədən gəlmiş 300-ə yaxın şahmatçı iştirak edir. Yarışda Azərbaycandan olan zəka sahibləri də çıxış edir.

Naxçıvan Muxtar Respublikasından Toğrul Həsənzadə I Liqada çıxış edir. Digərlərinə gəlincə, Urfan Sevdımalıyev, Talıb Babayev, Sadiq Məmmədov, Pərviz Qasımov və Nəsrin Babayeva isə iyulun 20-si start götürəcək II liqada müxtəlif klubların heyətində mübarizəyə qoşulacaq.

Nəşr edilib : 16.07.2025 18:30