Dubaydan Təl-Əvivə uçan təyyarənin qaçırıldığı eht...
11:14 30.09.2026
0
0
0
NAXÇIVAN :
30 Sentyabr 2026, Çərşənbə
Bu gün üstünlük daha mürəkkəb platformaya sahib olmaqda deyil. Üstünlük məlumatı tez görmək, düzgün emal etmək, qərarı sürətlə vermək və istehsalı həmin qərara uyğunlaşdırmaq qabiliyyətindədir. Eyni zamanda, istehsal miqyası, ehtiyatlar, kritik materiallara və mikroelektronikaya çıxış, eləcə də təchizat zəncirinin dayanıqlılığı yenidən strateji əhəmiyyət qazanıb. Bütün bunların arasında isə, sözsüz ki, ən qiymətli resurs olan insan kapitalı dayanır.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri müdafiə sənayesi naziri Vüqar Mustafayev “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 15-ci yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin açılış mərasimində deyib.
Nazir bildirib ki, mühəndis, proqramçı, texnoloq və sınaq mütəxəssisi olmadan heç bir texnologiya davamlı üstünlüyə çevrilmir.
“Buna görə də gələcəyin müdafiə sənayesi zavodlarda olduğu qədər, universitetlərdə, tədqiqat mərkəzlərində və innovasiya komandalarında da qurulur.
Azərbaycan bu dəyişikliklərə sistemli və ardıcıl şəkildə cavab verməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müdafiə sənayesi dövlətin strateji prioritetlərindən biri kimi davamlı dəstək alır.
Qarşımızda duran məqsəd yalnız istehsal həcmini artırmaq deyil. Əsas hədəf milli mühəndislik qabiliyyətini inkişaf etdirmək, texnoloji müstəqilliyi gücləndirmək və uzunmüddətli, dayanıqlı müdafiə sənayesi bazası formalaşdırmaqdır”, - deyə nazir vurğulayıb.
Digər xəbərlər