NAXÇIVAN :

19 Aprel 2026, Bazar

MN: İranın pilotsuz uçuş aparatı Naxçıvanda orta məktəb binasını hədəfə alıb

...

Texniki vasitələrlə təsbit edilib ki, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib, onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb.

"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda, həmçinin qeyd olunub: “Orta məktəb binasını hədəfə alan pilotsuz uçuş aparatı xoşbəxtlikdən hədəfə yetişməyib, məktəbin yaxınlığında yerə çırpılaraq partlayıb”.

Nəşr edilib : 05.03.2026 17:38