NAXÇIVAN :

26 Iyun 2026, Cümə

NDU molekulyar biologiya sahəsində yeni əməkdaşlığa imza atıb

...

Naxçıvan Dövlət Universiteti ilə AR ETN-nin Molekulyar Biologiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. 
"Şərq qapısı" xəbər verir ki, sənəd elmi-tədqiqat fəaliyyətinin inkişafı, yüksəkixtisaslı kadr hazırlığı, innovativ layihələrin icrası, birgə laboratoriyaların yaradılması, elmi nəşrlərin hazırlanması və müxtəlif elmi tədbirlərin təşkili istiqamətlərini əhatə edir.
Memorandumu NDU-nun rektoru Elbrus İsayev və institutun direktoru İradə Hüseynova imzalayıblar.
Tədbirdə çıxış edən Elbrus İsayev təbiət elmləri sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. İradə Hüseynova isə institutun fəaliyyət istiqamətləri, ərzaq təhlükəsizliyi, biotexnologiya, bitki genetikası və iqlim dəyişiklikləri ilə bağlı aparılan tədqiqatlar barədə məlumat verib. O, Naxçıvanın zəngin dərman bitkiləri ehtiyatlarının birgə elmi araşdırmalar üçün geniş imkanlar yaratdığını qeyd edib.
Bildirilib ki, əməkdaşlıq yeni elmi layihələrin həyata keçirilməsinə, gənc tədqiqatçıların elmi fəaliyyətə cəlbinə və regionun elmi potensialından daha səmərəli istifadəyə töhfə verəcək. Tədbir xatirə şəkli çəkdirilməsi ilə başa çatıb.

Nəşr edilib : 23.06.2026 20:20