Kolleclərin boş qalan plan yerlərinə qəbulun nətic...
17:31 28.09.2026
0
0
0
NAXÇIVAN :
28 Sentyabr 2026, Bazar ertəsi
Naxçıvan Dövlət Universitetinin fəal gəncləri böyük elmi və akademik uğura imza atmaqda davam edirlər. Universitetin Tələbə Gənclər Təşkilatının fəal üzvü Dilsuz Zeynallı da belə gənclərdəndir. O, “Türkiyə Bursları” proqramı çərçivəsində Eskişehir Osmangazi Universitetinin Fen Bilimleri Enstitüsü, Bilgisayar Mühendisliği (Kompüter mühəndisliyi) ixtisası üzrə magistratura səviyyəsinə 100 faiz təqaüdlə qəbul olunaraq böyük nailiyyət əldə edib.
Dilsuz Zeynallının bu uğura gedən yolu yüksək akademik göstəriciləri ilə yanaşı, həm də elmi axtarışlardan, müxtəlif layihə və yarışlarda iştirakdan, patent və tədqiqat işlərindən, eləcə də fəal tələbə həyatından keçib. Onun bugünkü nailiyyətləri illər ərzində formalaşan elmi marağın və bu istiqamətdə göstərilən davamlı səylərin nəticəsidir.
Onun sözlərinə görə, Türkiyə Burslarına müraciət zamanı namizədlərin yalnız akademik göstəriciləri deyil, elmi potensialı, sosial aktivliyi və gələcək hədəfləri də nəzərə alınır: “Türkiyə Burslarına müraciət zamanı akademik göstəricilərimlə yanaşı, gənclərin sosial aktivliyi və elmi potensialı əsas meyar kimi götürülür. Bu baxımdan, universitet illərində qazandığım təcrübə, üzərində çalışdığım elmi layihələr, sahib olduğum patentlər, iştirak etdiyim müxtəlif yarışlar və tədqiqat istiqamətində gördüyüm işlər mənim üçün mühüm təcrübə oldu. Bütün bunların hər biri müraciət prosesində özümü daha dolğun təqdim etməyimə imkan yaratdı”.
Türkiyə Bursları üzrə seçim prosesinin ilkin mərhələsində namizədlərin akademik göstəriciləri, elmi fəaliyyəti və digər nailiyyətləri qiymətləndirilir. Növbəti mərhələyə keçən namizədlərlə müsahibə aparılır. Bu mərhələdə isə onların nəzəri bilikləri ilə yanaşı, gələcək akademik planları, tədqiqat aparmaq bacarıqları, elmi maraqları və innovativ düşüncə tərzi də nəzərə alınır.
Dilsuz Zeynallı müsahibə mərhələsinin də onun üçün mühüm təcrübə olduğunu bildirir. O qeyd edir ki, burada əsas məqsəd əldə olunan nailiyyətlərin arxasında dayanan məqsədləri və gələcək üçün müəyyənləşdirilən elmi istiqamətləri də nümayiş etdirməkdir: “Hazırlıq prosesində əsas diqqəti gördüyüm işlərin nəticələri ilə yanaşı, gələcəkdə hansı istiqamətdə inkişaf etmək istədiyimə yönəltdim. Elmi fəaliyyətin davamlı olması mənim üçün xüsusilə vacibdir. Magistratura təhsilini də bu istiqamətdə özümü daha da inkişaf etdirmək və yeni tədqiqatlar üzərində çalışmaq üçün mühüm mərhələ hesab edirəm”.
Eskişehir Osmangazi Universitetində Kompüter mühəndisliyi üzrə magistr təhsili Dilsuz Zeynallıya müasir texnologiyalar və elmi tədqiqatlar sahəsində bilik və bacarıqlarını daha da inkişaf etdirmək imkanı verəcək. O əldə etdiyi bu nəticəni Naxçıvan Dövlət Universitetində qazandığı təcrübənin davamı kimi qiymətləndirir.
Dilsuzun uğuru bir daha göstərir ki, tələbəlik illərində yalnız auditoriya bilikləri ilə kifayətlənməmək, elmi araşdırmalara, layihələrə, innovativ ideyalara və ictimai fəaliyyətə yönəlmək gələcək akademik imkanlar baxımından mühüm əhəmiyyət daşıyır. 100 faiz təqaüdlə magistraturaya qəbul i
Digər xəbərlər