Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi...
21:19 23.05.2025
0
0
0
NAXÇIVAN :
23 May 2025, Cümə
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “Ulu Öndər Heydər Əliyev işığında: Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik inkişaf yolu” adlı konfrans keçirilib.
Tədbirdən əvvəl kollecin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış olub. Sərgidə 20-dən artıq rəsm əsəri və tələbələrin hazırladığı STEAM layihələri nümayiş olunub.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Açılış nitqiylə çıxış edən kollecin direktoru Asəf Ruşanov konfransın mahiyyəti, kollecin inkişaf yolu və hazırkı fəaliyyətindən danışıb. Vurğulanıb ki, əsası 1925-ci ildə qoyulan Texniki Kollec bir əsrlik inkişaf yoluna 41 tələbə ilə başlasa da, bu gün burada müxtəlif ixtisaslarda yüzlərlə kadr hazırlığı aparılır. Texniki ixtisaslar üzrə subbakalavr təhsili alan gənclərin bilik və bacarıqları əmək bazarının tələblərinə uyğunlaşdırılır, kollecin məzunları ölkəmizin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Kollecin mühüm təhsil ocaqlarından biri olduğunu qeyd edən Asəf Ruşanov ötən tarixi inkişaf yolunu tək müəssisənin deyil, eyni zamanda Azərbaycanın elmi-texniki inkişaf tarixinin bir parçası olduğunu ifadə edib.
Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov kollecin keçdiyi inkişaf yolunu yüksək dəyərləndirib, universitetin nəzdinə verilməsinin əhəmiyyətinə diqqət çəkib. Bildirilib ki, bu qərar təhsilin bütün pillələri üzrə inteqrasiyanı gücləndirib və ali təhsil müəssisəsinin elmi-inzibati strukturunu daha da zənginləşdirib. Prorektor, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilmiş Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Batabat Astrofizika Rəsədxanası kimi elmi müəssisələrin fəaliyyətindən söz açıb. Qeyd edib ki, bu qurumların universitet strukturuna daxil edilməsi elmi əməkdaşlıqların genişlənməsinə imkan yaradacaq. Elsevər Əsədov Texniki Kollecin 100 illik yubileyi münasibətilə kollecin rəhbərliyini, müəllim və tələbə heyətini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekan əvəzi Bəhruz Məmmədov, Milli Müdafiə Universiteti nəzdində Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov, Quba Dövlət Sosial-İqtisadi Kollecin direktor müavini Rövşən Məmmədov çıxış ediblər. Eyni zamanda digər çıxışçılar NDU nəzdində Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova, Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva və İngilis dili Təmayüllü Gimnaziyasının direktoru Nazim Rəhimov təbrik nitqi ilə kollecin bütün heyətinə uğurlar arzulayıblar.
Daha sonra tədbirin bədii hissəsi başlayıb. Kollecin tələbələrinin hazırladığı musiqi və ədəbi-bədii kompozisiyalar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda tədbirdən xatirə hədiyyələri təqdim olunub.
Digər xəbərlər